

18 Fevral 21:34
18 Fevral 21:31
18 Fevral 20:53
Fransa Prezidenti Emmanuel Makron Avropa liderlərini bazar ertəsi Parisdə fövqəladə sammitə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski şənbə günü Münhen Təhlükəsizlik Konfransında deyib.
Sikorski bildirib ki, Prezident Makronun liderləri Parisə dəvət etməsindən çox məmnundur və Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampın onlara qarşı çağırışlarını çox ciddi müzakirə edəcəklərini gözləyir.
“Trampın fəaliyyət metodu var, ruslar buna “kəşfiyyat döyüşü” deyirlər – döyüşdə kəşfiyyat döyüşü: siz sıxırsınız və nə baş verdiyinə baxırsınız, sonra öz mövqeyinizi dəyişirsiniz. Biz reaksiya verməliyik”, - Sikorski vurğulayıb.
Görüşdə Britaniya Baş naziri Keyr Starmerin iştirak edib-etməyəcəyi bəlli deyil.