Ayətullahların nüvə silahı olmamalıdır - Netanyahu Dünya

Ayətullahların nüvə silahı olmamalıdır - Netanyahu

İsrail və ABŞ İranın nüvə silahına malik olmaması ilə bağlı razılığa gəlib.

Xalqcebhesi.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə keçirdiyi mətbuat konfransında deyib.

“Biz bir çox mövzuları müzakirə etdik, lakin heç biri İrandan vacib deyildi. İsrail və ABŞ İran təhlükəsi ilə üzləşəndə çiyin-çiyinə dayanırlar. Biz razıyıq ki, ayətullahların nüvə silahı olmamalıdır”, - Netanyahu bildirib.