
Ukrayna çıxılmaz durumda: çıxış yolu varmı?
19 Fevral 23:07
19 Fevral 23:07
19 Fevral 10:32
18 Fevral 21:34
Türkiyə Dəməşq hava limanını bərpa edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
O, bildirib ki, bunun üçün Suriyaya gedən 25 nəfərlik komanda artıq işlərə başlayıb.
Nazirin sözlərinə görə, Türkiyədən Suriyaya müxtəlif texnoloji vasitələr, o cümlədən 10 X-ray cihazı, səkkiz əl detektoru da aparılıb. Bu, aeroportun təhlükəsizliyinin daha güclü təmin olunması üçündür.
A.Uraloğlu qeyd edib ki, Türkiyə Suriyanın hava nəqliyyatını gücləndirmək üçün işləri davam etdirəcək.