Putin gələn həftə səfərə çıxır... Dünya

Putin gələn həftə səfərə çıxır...

Rusiya Prezidenti Vladimir Putin gələn həftə regional səfərə çıxacaq.

Xalqcebhesi.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Rossiya-1” telekanalında yayımlanan "Moskva. Kreml. Putin" verilişində məlumat verilib.

Dövlət başçısının haraya səfər edəcəyi isə dəqiqləşdirilməyib.

Qeyd edilir ki, Rusiya liderinin gələn həftə üçün proqramında İllik Məhkəmə Konfransında iştirak da var.

Bundan əlavə, Putin Gələcəyin Texnologiyaları Forumunun iştirakçıları qarşısında çıxış edəcək və hökumətlə tibbi müayinə məsələləri ilə bağlı görüş keçirəcək.