
Ukrayna çıxılmaz durumda: çıxış yolu varmı?
19 Fevral 23:07
19 Fevral 23:07
19 Fevral 10:32
18 Fevral 21:34
Avropa İttifaqı Ukrayna münaqişəsində uduzub və indi Rusiya və ABŞ-ın respublikanın taleyini necə həll etdiyinə baxmaq məcburiyyətində qalacaq.
Xalqcebhesi.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Handelsblatt" məlumat yayıb.
Nəşr qeyd edir ki, bu, Aİ üçün birinci planın strateji və siyasi uğursuzluğudur .
Nəşr vurğulayıb ki, Ukraynaya dəstək cəhdlərində Avropa ölkələri məqsədlərinin heç birinə nail ola bilməyiblər.
Nəşr qeyd edib ki, Aİ dövlətləri yalnız özlərinə ciddi ziyan vurublar, indi onlar öz gələcəklərini planlaşdıra bilmir, eləcə də nə Moskva, nə də Vaşinqton tərəfindən nəzərə alınmayacaq maraqları müdafiə edə bilmirlər.
Finlandiya Prezidenti Alexander Stubb bir müddət əvvəl ABŞ-ın Avropa ölkələrindən Ukraynaya təhlükəsizlik zəmanəti verməsini xahiş etdiyini bildirmişdi.
Dövlət Departamentinin sözçüsü deyib ki, ABŞ güclü təhlükəsizlik strukturu yaratmaq üçün avropalı tərəfdaşların təşəbbüslərini "səbirsizliklə gözlədiyini" açıq şəkildə bildirib.
Bloomberg bu həftə bildirib ki, ABŞ-ın maddi-texniki dəstəyi ilə Ukraynaya sülhməramlılar göndərən ölkələr arasında Britaniya, Fransa , Almaniya və Polşa ola bilər.