
Ukrayna çıxılmaz durumda: çıxış yolu varmı?
19 Fevral 23:07
19 Fevral 23:07
19 Fevral 10:32
18 Fevral 21:34
Ukraynanı yenidən silahlandırmaq və Rusiyaya təzyiq göstərmək üçün ilkin danışıqlara ehtiyac var.
Xalqcebhesi.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb Münxen Təhlükəsizlik Konfransında deyib.
"Birinci mərhələ ilkin danışıqlardır. Ukraynanı yenidən silahlandırmalı və Rusiyaya maksimum təzyiq göstərməli olduğumuz mərhələ o deməkdir ki, Kiyev bu danışıqlara güclü mövqedən başlasın. Biz bunun nə qədər vaxt aparacağını bilmirik. Atəşkəs çox vaxt sülh prosesi ilə qarışdırılır”, - Stubb bildirib.
O əlavə edib ki, Rusiya yenidən hücum edərsə, Ukrayna avtomatik olaraq NATO-ya qəbul olunacaq.