Ukrayna Belqoroda hücum etdi: Ölənlər var Dünya

Ukrayna Belqoroda hücum etdi: Ölənlər var

Ukrayna qüvvələri Belqorod vilayətinin Krasnoyarujsk rayonunda PUA vasitəsilə avtomobilə hücum edib, nəticəsdə 3 nəfər həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında deyib.

"Ukrayna qüvvələrinin növbəti hücumu nəticəsində 3 mülki şəxs həlak olub. Krasnoyarujsk rayonunun Qrafovka kəndinin girişində dron hərəkətdə olan avtomobili vurub. Avtomobildə olan 3 nəfər ölüb", - o bildirib.