Zelenskidən şok: Bu ərazilərimizdən imtina edəcəyik! Dünya

Zelenskidən şok: Bu ərazilərimizdən imtina edəcəyik!

Ukrayna işğal edilən torpaqlarını qanuni olaraq Rusiya ərazisi kimi tanımır və heç vaxt tanımayacaq.

Xalqcebhesi.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski NBC Nyus-a müsahibəsində deyib.

Eyni zamanda, Zelenski bildirib ki, Ukraynanın NATO-ya üzv olacağı və itirilmiş torpaqları danışıqlar yolu ilə qaytaracağı diplomatik razılaşma çərçivəsində Kiyev işğal olunmuş ərazilərdən imtina edə bilər.