"Kazbegi"nin qurucusu vəfat etdi Dünya

"Kazbegi"nin qurucusu vəfat etdi

Tanınmış gürcü iş adamı Qoqi Topadze 85 yaşında dünyasını dəyişib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Gürcüstan mediasının məlumatında deyilir.

Qeyd edilir ki, 1994-cü ildə Topadze “Kazbegi” pivə istehsalı şirkətini təsis edib.

2000-ci ildən Topadze şərabçılıq, pivə istehsalı, sərinləşdirici içkilər, siqaret, ağac emalı və restoran biznesi sahələrində bir neçə onlarla müəssisəni birləşdirən “ASC Kazbegi”nin prezidenti olub.

1997 və 1998-ci illərdə Topadze "İlin ən yaxşı iş adamı" adına layiq görülüb. 1996-2009-cu illərdə Gürcüstan Qış İdmanı Federasiyasının prezidenti olub. 1999-cu ildə Gürcüstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti seçilib.