“Hücrə-12” əməliyyatı zamanı 15 şübhəli saxlanılıb Dünya

“Hücrə-12” əməliyyatı zamanı 15 şübhəli saxlanılıb

Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya sosial media hesabından verdiyi açıqlamada Mersində "Kaplanlar" kimi tanınan mütəşəkkil cinayət qrupuna qarşı aparılan "Hücrə-12" əməliyyatı ilə bağlı məlumat verib.

Məlumatda Erdemli Respublika Prokurorluğunun koordinasiyasında, Mersin Polis Şöbəsi tərəfindən 33 ünvanda həyata keçirilən əməliyyat nəticəsində 22 şübhəlinin tutulduğu, onlardan 15-nin həbs olunduğu, 7-si barəsində isə məhkəmə nəzarəti qərarı çıxarıldığı bildirilib.

Əməliyyat zamanı 7 sənədsiz silah, bir miqdar narkotik maddə, çoxlu kəsici-deşici alət və rəqəmsal material ələ keçirildiyini bildirən nazir Ə.Yerlikaya, əməliyyatı həyata keçirən Erdemli Respublika Prokurorluğunu və polisi təbrik edib.