İraq və Suriyanın şimalında 3 terrorçu zərərsizləşdirilib Dünya

İraq və Suriyanın şimalında 3 terrorçu zərərsizləşdirilib

Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında "Pəncək-Kilid" əməliyyatı bölgəsində 2, Suriyanın şimalında isə 1 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

Nazirliyin sosial media hesabında yer alan açıqlamada deyilir: “Terroru mənbəyində məhv etməkdə əzmli və qərarlıyıq. Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində müəyyən etdiyi 2 PKK terrorçusunu, Suriyanın şimalında isə müəyyən etdiyi 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Mübarizəmiz istənilən hava və ərazi şəraitində fasiləsiz olaraq davam edir".