Türkiyənin bir neçə bölgəsində ağır hava şərtləri səbəbindən təhsil dayandırılıb Dünya

Türkiyənin bir neçə bölgəsində ağır hava şərtləri səbəbindən təhsil dayandırılıb

Türkiyənin Samsun, Sinop və Kastamonu bölgələrində yağan güclü qar səbəbindən önləyici tədbir olaraq şəhər mərkəzləri və rayonlarda fevralın 18-də nəqliyyat əsaslı təhsil (taşımalı eğitim) dayandırılıb.

Xalqcəbhəsi.az bu barədə Türkiyənin “Anadolu” Xəbər Agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, həmçinin dövlət qulluqçuları və hamilə qadınlar da məzuniyyətdə hesab olunacaqlar.