Münaqişənin tam həlli üçün bir görüş kifayət deyil - ABŞ Dünya

Münaqişənin tam həlli üçün bir görüş kifayət deyil - ABŞ

Ər-Riyadda keçirilən danışıqlarda Lavrov və Rubio Ukraynadakı münaqişənin həllini müzakirə etmək məqsədilə yüksək səviyyəli danışıqlar qrupu yaratmaq, həmçinin Rusiya ilə ABŞ münasibətlərində “qıcıqlandırıcıları” aradan qaldırmaq üçün məsləhətləşmə mexanizminin yaradılması barədə razılığa gəlib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus deyib.

Onun sözlərinə görə, iki ölkənin ümumi geosiyasi maraqlarına cavab verən məsələlər, o cümlədən iqtisadiyyat və investisiyalar sahəsində gələcək əməkdaşlıq barədə razılıq əldə olunub.

Bryus qeyd edib ki, münaqişənin tam həlli üçün bir telefon zəngi və bir görüş kifayət deyil.