Qarşıda ABŞ-la bizi uzun, ciddi yol gözləyir – Dmitriyev Dünya

Qarşıda ABŞ-la bizi uzun, ciddi yol gözləyir – Dmitriyev

Rusiya ilə ABŞ arasında iqtisadi layihələr də daxil olmaqla, bir çox təmas nöqtəsi var.

Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra deyib.

“Rusiyanın mövqeyini eşitmək cəhdinin olmadığı Bayden administrasiyasından fərqli olaraq, dialoqa başlamaq, Rusiyanın mövqeyini başa düşmək, harada razılaşdığımızı, bəzi fikir ayrılıqlarının olduğu yerləri müzakirə etmək üçün açıq bir cəhd oldu. Buna görə də çox konstruktiv dialoq idi. Qarşıda bizi uzun, ciddi yol gözləyir, lakin bu, çoxlu təmas nöqtələri olan konstruktiv müzakirələrin müsbət başlanğıcdır. Bizi daha da birləşdirə biləcək müsbət iqtisadi layihələr var”, - o bildirib.