Zelenskidən Türkiyə ilə bağlı mühüm tələb... Dünya

Zelenskidən Türkiyə ilə bağlı mühüm tələb...

Moskva ilə Kiyev arasındakı münaqişənin həlli üçün Rusiya təcavüzündən əziyyət çəkən əsas oyunçuların sülh danışıqlarına daxil edilməsi vacibdir.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında yazıb.

“Ukrayna, Avropa - geniş mənada, o cümlədən Avropa Birliyi, Türkiyə və Böyük Britaniya Amerika ilə birlikdə dünyanın bir hissəsinin taleyi ilə bağlı danışıqlara və lazımi təhlükəsizlik təminatlarının hazırlanmasına cəlb edilməlidir”, - Zelenski vurğulayıb.

Qeyd edək ki, Zelenski Türkiyədə səfərdədir.