
Biz Azərbaycanla dostluğu... - Rusiyalı nazir
20 Fevral 22:50
20 Fevral 22:50
20 Fevral 22:03
20 Fevral 17:26
20 Fevral 17:25
ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq münaqişənin həlli üzrə danışıqlar qrupuna qoşulacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov “Rossiya 1” telekanalının efirində bildirib.
"O, ukraynalılar və avropalılarla əlaqə saxlayacaq və Rusiya-Amerika xətti üçün xüsusi şəxs və ya xüsusi nümayəndələr qrupu ayrılacaq", - o deyib.
Uşakov əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin də Vaşinqtonla təmaslar üçün nümayəndələr təyin edəcək.
Qeyd edək ki, Uşakov Ukraynanın nizamlanması üçün Rusiya-Amerika xüsusi qrupu yaradılacağını bildirib.