Lavrov Rusiyanın əmək miqrantlarına qarşı viza rejiminin tətbiqinə qarşı çıxıb Dünya

Lavrov Rusiyanın əmək miqrantlarına qarşı viza rejiminin tətbiqinə qarşı çıxıb

Rusiya xarici işlər naziri Sergey Lavrov əmək miqrantlarına qarşı viza rejiminin tətbiq olunmasına qarşı çıxıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Lavrov Dövlət Dumasında “Hökumət saatı”nda deputatların suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının əmək miqrantları ilə bağlı siyasətinin sərtləşdirilməsi uzunmüddətli maraqlara töhfə verməyəcək.

Bununla belə, Rusiya XİN başçısı miqrantlarla bağlı qayda-qanunların qorunmalı olduğunu söyləyib.