Həmas israillilərin cəsədlərini təhvil verib Dünya

Həmas israillilərin cəsədlərini təhvil verib

Həmas 4 israillinin cəsədini təhvil verib. “Oded Lifshitz” adlı israillinin və “Bibas” ailəsinin 3 üzvünün cəsədi çatdırılıb.

Həmasın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə atəşkəs və məhbus mübadiləsi razılaşması çərçivəsində cəsədlərini təhvil verdiyi məhbusların hamısının “İsrailin həbs mərkəzlərini bombalaması nəticəsində həyatını itirən insanlar” olduğunu bildirib.

Ə.Ubeydə deyib: "Sionist işğalçı təyyarələr onların saxlandıqları yerləri qəsdən bombalamadan əvvəl onların hamısı sağ idi"