Rusiya ordusu Ukraynanın qaz və enerji infrastrukturuna zərbə endirib Dünya

Rusiya ordusu Ukraynanın qaz və enerji infrastrukturuna zərbə endirib

Ötən gecə Rusiya Federasiyası Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən qaz və enerji infrastrukturu obyektlərinə qrup şəklində zərbə endirib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukrayna ərazisinə zərbələr hava, dəniz və qurudan yüksək dəqiqlikli uzaqmənzilli silahları, eləcə də pilotsuz uçuş aparatları ilə endirilib.

"Zərbələrin məqsədinə nail olunub. Bütün hədəflər vurulub", - Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.