Cənubi Kipr Misirlə müqavilə imzaladı: Ankaradan sərt reaksiya! Dünya

Cənubi Kipr Misirlə müqavilə imzaladı: Ankaradan sərt reaksiya!

Türkiyə Cənubi Kipr ilə Misir arasında karbohidrogen ticarətinə dair bağlanmış sazişi qəbul etmir və bu razılaşmanı Şimali Kipr Türk Respublikasının maraqlarının pozulmasına yönəlmiş növbəti addım hesab edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, kiprli yunanlar Lefkoşanın hüquqlarının pozulması məqsədilə regionda status-kvonu dəyişmək cəhdlərini davam etdirirlər:

“Cənubi Kipr ilə Misir arasında əldə edilmiş saziş regional sabitliyə və Kipr probleminin nizamlanması üzrə səylərə təhlükədir. Şimali Kiprin iştirakı olmadan imzalanan bütün sənədlər qeyri-qanunidir. Türkiyə Kipr üzrə zamin ölkələrdən biri olaraq adada sülhə və sabitliyə təhlükə yaradacaq istənilən addımlara qarşı tədbirlər görməyə hazırdır”.