

Türkiyənin paytaxtı Ankarada saxta alkoqollu içkidən ölənlərin sayı 63-ə çatıb.
Xalqcebhesi.az Türkiyə mediasına istinadən xəbər verir ki, daha 36 nəfər reanimasiyadadır, onların müalicəsi davam etdirilir.
Qeyd edilib ki, Ankara Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 28 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 25 nəfər isə şəhəri tərk etməməklə bağlı iltizamnamənin alınmasından sonra sərbəst buraxılıb.