Macarıstan Ukraynaya yardıma qarşıdır - Siyarto Dünya

Macarıstan Ukraynaya yardıma qarşıdır - Siyarto

Macarıstan Avropa Birliyi (AB) rəhbərliyinin Ukraynaya 20 milyard avroluq yardım paketinin verilməsi ilə bağlı yeni təklifinə qarşı çıxır, çünki bu pulun yalnız müharibənin davam etdirilməsi üçün istifadə olunacağına inanır.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

O, məsələnin fevralın 24-də AB xarici işlər nazirlikləri rəhbərlərinin Brüsseldə keçiriləcək görüşündə müzakirə ediləcəyini bildirib.