.jpg)
.jpg)
İstanbuldan sonra əlverişsiz hava şəraiti ilə əlaqədar Kocaeli vilayətdə də skuter və motosikletlərin hərəkətinə qadağa qoyulub.
Xalqcebhesi.az Türkiyənin “cumhuriyet.com.tr” saytına istinadən qeyd edir ki, bütün şəhərə güclü qar yağması və buzlanma təhlükəsi olacağı nəzərə alınaraq tədbirlər görülüb. Bu çərçivədə sabah saat 09:00-dan 23 fevral bazar günü saat 09:00-a qədər motosiklet, skuter, elektrik skuter və motorlu kuryerlərin trafikə daxil olması qadağan edilib.
Qeyd edək ki, daha əvvəl eyni qadağa İstanbul valisi Davud Gül tərəfindən də İstanbul üçün elan edilib. Gül, "Bu gecə saat 00:00-dan etibarən hər növ motosiklet və kuryerlərin növbəti xəbərdarlığa qədər trafikə girişi qadağandır" demişdi.