.jpg)
.jpg)
Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkədə reytinqi əhəmiyyətli dərəcədə azalıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukraynanın Sosial və Marketinq Araşdırmaları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ötən il Zelenskinin nüfuzu azalmağa doğru gedib və hazırda onun reytinqi 15,9 faiz təşkil edir. Seçkilər keçiriləcəyi təqdirdə ona əhalinin yalnız 15 faizinin səs verəcəyi güman edilir.
Zelenskiyə rəqib göstərilən Zalujnının (Ukrayna ordusunun sabiq baş komandanı, Britaniyadakı səfir) nüfuzu isə 27,2 faiz təşkil edir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Zelenskinin reytinqinin 4% olduğu haqda iddia səsləndirmişdi. Zelenski isə Trampa yanlış məlumat verildiyini, reytinqinin 57% olduğunu bildirmişdi.