

General Kelloq ilə görüşdə yaxşı söhbət, çoxlu təfərrüat oldu. Mən ABŞ-a Ukraynaya göstərilən bütün yardımlara və ikitərəfli dəstəyə görə minnətdaram.
Xalqcebhesi.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşündən sonra sosial şəbəkə hesabında yazıb.
“Amerika gücünün hiss olunması bizim və bütün azad dünya üçün vacibdir. Döyüş meydanındakı vəziyyəti və əsirlərimizi necə qaytaracağımızı, eləcə də effektiv təhlükəsizlik təminatlarını ətraflı müzakirə etdik”, - Zelenski vurğulayıb.
Zelenski bildirib ki, Ukrayna bu müharibənin ilk saniyəsindən sülhə can atır və bu sülh etibarlı və uzunmüddətli olmalıdır:
“Ukrayna investisiya və təhlükəsizliklə bağlı ABŞ prezidenti ilə güclü, həqiqətən faydalı razılaşmaya hazırdır. Nəticə əldə etməyin ən sürətli və konstruktiv yolunu təklif etdik. Komandamız 24/7 işləməyə hazırdır. Uğur birləşdirir. Dünyada hər kəsin ABŞ-la münasibətlərdə uğura ehtiyacı var”.