

ABŞ Ukraynaya silah satışını dayandırıb.
Xalqcebhesi.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ali Radanın Müdafiə Komitəsinin rəhbəri Roman Kostenko məlumat verib.
“Məndə olan məlumata görə, satışa çıxarılan silahların tədarükü dayanıb. Bu silahları təhvil verməli olan şirkətlər qərar olmadığı üçün indi gözləyirlər”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, indi Ukrayna rəhbərliyi ən azı pul müqabilində Amerika silahlarını almaq fürsətini gözləyir.