Zelenski ABŞ-ın resurslarla bağlı təklifindən imtina etdiyi barədə yalan danışıb Dünya

Zelenski ABŞ-ın resurslarla bağlı təklifindən imtina etdiyi barədə yalan danışıb

ABŞ dövlət katibi Marko Rubio Vladimir Zelenskinin Vaşinqtonun Ukrayna resursları ilə bağlı təklif etdiyi sazişi imzalamaqdan imtina etməsi barədə yalan danışdığını bildirib.

O, bu barədə jurnalist Ketrin Herriclə müsahibəsində danışıb.

Rubionun sözlərinə görə, Zelenski ona sazişi imzalamaq arzusunu və onun parlamentdən keçməsinin lazım olduğunu bildirib. "İki gündən sonra oxudum ki, Zelenskinin sövdələşməni rədd etdiyini və "Biz heç bir halda bunu etməyəcəyik" - deyib. Amma o görüşdə hər şey razılaşmışdı" deyib dövlət katibi.

Cavid