İsraildə avtobus partlayışlarından sonra təlimat Dünya

İsraildə avtobus partlayışlarından sonra təlimat

İsrailin baş naziri Benyamin Netanyahu Bat Yam şəhərində park edilmiş avtobuslarda şübhəli partlayışların baş verməsindən sonra əməliyyat əmri verib.

Xalqcəbhəsi.az Türkiyənin “Demirören” Xəbər Agentliyinə istinadən qeyd edir ki, İsrailin Baş nazirlik ofisinin yaydığı bəyanatda deyilir: “Baş nazir İsrail Müdafiə Qüvvələrinə Yəhudeya və Samariyada terror mərkəzlərinə qarşı geniş miqyaslı əməliyyata başlamağı tapşırıb. Baş nazir həmçinin İsrail polisinə İsrail şəhərlərində mümkün yeni hücumlara qarşı qabaqlayıcı tədbirləri artırma təlimatı verib”.