
Ankarada saat 09:36-da zəlzələ baş verib.
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, episentri Mamak bölgəsi olan 3 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi bildirilib.