Dövlət qurumlarını hədəf alan govaz.am domeni bloklanıb Dünya

Dövlət qurumlarını hədəf alan govaz.am domeni bloklanıb

Ötən il dövlət qurumlarının adına yaradılan saxta domenlərin sayı 100-ə çatıb.

“APA-Economics” xəbər verir ki, bunu Dövlət Qurumlarının İT rəhbərlərinin V Zirvə Toplantısında çıxışı zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

O qeyd edib ki, eyni zamanda bir ay əvvəl dövlət qurumlarının domenlərini hədəf alan govaz.am deyə saxta domen aşkarlanıb: “Həmin domen də tərəfimizdən bloklanıb”.

Tural Məmmədov bildirib ki, ötən il bir sıra dövlət qurumlarının əməkdaşları kibergigiyenaya riayət etməyib. Nəticədə 32 dövlət qurumunun 134 əməkdaşı haker hücumunun qurbanı olub.