.jpg)
Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib
21 Fevral 22:41
21 Fevral 22:41
21 Fevral 21:36
21 Fevral 16:48
Sibir soyuğunun təsirli olduğu Türkiyənin Sivas bölgəsində soyuq havalar təsirini artırmağa davam edir.
Xalqcəbhəsi.az xəbər verir ki, bu barədə Türkiyənin “sondakika.com” saytı məlumat paylaşıb.
Məlumatda qeyd edilir ki, son bir neçə gündə yağan qar yerini soyuq havaya verib. Gecə saatlarında temperaturun mənfi 15 dərəcəyə enməsi öz təsirini göstərib.
Havaya atılan isti suyun soyuq havanın təsiri ilə yerə düşmədən əvvəl buxara çevrilməsi ilə bağlı maraqlı görüntülər ortaya çıxıb. Vətəndaşlar soyuqdan qorunmaq üçün şərf, qalın papaq və əlcək taxaraq ehtiyat tədbirləri görüblər.