"HƏMAS canavarlarının qəddarlığının həddi-hüdudu yoxdur Dünya

"HƏMAS canavarlarının qəddarlığının həddi-hüdudu yoxdur

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS radikalları girov Şiri Bibasın cəsədi əvəzinə Qəzzalı naməlum qadının cəsədini təhvil verib və bunu “razılaşmanın qəddar və alçaq şəkildə pozulması” adlandırıb. Hökumət başçısının bəyanatını onun ofisi yayıb.

"HƏMAS canavarlarının qəddarlığının həddi-hüdudu yoxdur. Onlar təkcə Yardenin atası Bibası, Şirinin gənc anası və iki azyaşlı uşağını qaçırıblar. Tərifi mümkün olmayan kinsizliklə Şirinin körpələrinin, bu mələklərin yanında olmasına belə imkan vermirdilər. Əvəzində naməlum qəzzalı qadının cəsədini tabutda geri qaytardılar” deyən Netanyahu bunun əvəzini HƏMAS-ın “tam bədəlini ödəyəcəyi” ilə hədələyib.

Cavid