Kreml ABŞ-nin BMT-dən çıxmasının mümkünlüyünə münasibət bildirib Dünya

Kreml ABŞ-nin BMT-dən çıxmasının mümkünlüyünə münasibət bildirib

Kreml ABŞ-ın Birləşmiş Millətlər Təşkilatından (BMT) çıxa biləcəyi təşəbbüsünün təfərrüatlarını bilmir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva bu təşəbbüsün bütün təfərrüatlarından məlumatsızdır.

“Həqiqətən də bu məsələ ilə bağlı xəbərləri oxumuşuq. Biz Birləşmiş Millətlər Təşkilatının aparıcı rolundan çıxış edirik", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, respublikaçı senatorlar ABŞ-nin Birləşmiş Millətlər Təşkilatından tamamilə çıxmasını tələb edən qanun layihəsi təqdim ediblər. Qanun layihəsi BMT və onun agentliklərinə maliyyəni kəsəcək və Senatın təsdiqi olmadan təşkilata yenidən daxil olmağı qadağan edəcək. Bundan əlavə, ABŞ-nin BMT-nin sülhməramlı missiyalarında iştirakına qadağa qoyulacaq.