

18 Aprel 19:52
Çin ordusunun 28 təyyarəsi və 7 gəmisi Tayvan adasına yaxınlaşıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu gün səhər Çin ordusunun Tayvan ətrafında fəaliyyət göstərən 28 təyyarə və 7 gəmisi aşkar edilib. 28 təyyarədən 25-i median xətti keçərək Tayvanın şimal və cənub-qərb hava hücumundan müdafiə zonalarına daxil olub. Vəziyyəti izlədik və müvafiq reaksiya verdik”, - məlumatda qeyd olunub.