.jpg)
Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib
21 Fevral 22:41
21 Fevral 22:41
21 Fevral 21:36
21 Fevral 16:48
ABŞ vətənfaşları Prezident Donald Trampı Ukrayna Prezidenti Vladimir Zelenskidən daha çox diktator hesab edirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “YouGov” şirkətinin 4071 amerikalı arasında keçirdiyi sorğunun nəticələrində qeyd olunub.
Bildirilib ki, rəyi soruşulanların 41 faizi Donald Trampı diktator hesab edib, 45 faiz bunun əksini iddia edib, 14 faiz isə fikrini bildirməkdə çətinlik çəkib.
Sorğuda iştirak edənlərin 45 faizi Zelenskini diktator hesab etməyib. 22 faiz respondent Trampla razı olduğunu deyib. 33 faiz cavabda çətinlik çəkib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini seçki keçirməkdən imtina etdiyi üçün diktator adlandırmışdı.