Braziliyada avtobus və yük maşını toqquşub, 12 nəfər ölüb Dünya

Braziliyada avtobus və yük maşını toqquşub, 12 nəfər ölüb

Braziliyanın cənub-şərqindəki San-Paulu əyalətində Nuporanqa yaxınlığında magistral yolda universitet tələbələrini daşıyan avtobus yük maşını ilə toqquşub.

Bölgəyə çoxlu sayda polis və tibbi qruplar göndərilib.

Səlahiyyətlilər verdiyi açıqlamada dəhşətli qəzada 12 universitet tələbəsinin həyatını itirdiyini, 21 nəfərin yaralandığını bildirib. Ölənlərin hamısının Franka Universitetinin tələbələri olduğu, yaralıların isə yaxınlıqdakı xəstəxanalara aparıldığı qeyd edilib.

Ştat valisi Tarçizio de Freitas üç günlük rəsmi matəm elan edib.
Nəqliyyat Nazirliyinin məlumatına görə, 2024-cü ildə Braziliyada baş verən yol qəzalarında 10 mindən çox insan həlak olub.