Türkiyənin 31 vilayətində əməliyyat: 353 nəfər saxlanıldı Dünya

Türkiyənin 31 vilayətində əməliyyat: 353 nəfər saxlanıldı

Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya X hesabında yazıb.

Nazir əməliyyat nəticəsində 353 şübhəli şəxsin saxlanıldığını bildirib.

Sözügedən şəxslərin terror təşkilatına maliyyə dəstəyi göstərdikləri qeyd olunub.