Rusiya 300 milyardı Ukraynaya verməyə razıdır, bir şərtlə... Dünya

Rusiya 300 milyardı Ukraynaya verməyə razıdır, bir şərtlə...

Rusiya Ukraynanın müharibədən sonrakı bərpası üçün 300 milyard dollar həcmində dondurulmuş aktivlərinin istifadəsinə icazə verməyə hazırdır.

Xalqcebhesi.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.

Agentliyin mənbələrinə görə, bu, müharibənin bitməsi və sanksiyaların ləğvi üçün əsas şərtlərdən biri ola bilər.

Bununla belə, Moskva vəsaitin bir hissəsinin işğal etdiyi Ukrayna ərazilərinə ayrılmasını tələb edir.