Tramp qələbəni Putinlə Moskvada qeyd edəcək - İddia Dünya

Tramp qələbəni Putinlə Moskvada qeyd edəcək - İddia

ABŞ Prezidenti Donald Tramp çox güman ki, mayın 9-da Moskvaya səfər edəcək və təntənəli tədbirlərdə iştirak edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransanın “Le Point” jurnalı məlumat yayıb.

Bildirilib ki, Ağ Ev rəhbəri rusiyalı həmkarı Vladimir Putinlə birgə Qələbə paradını izləyəcək.

Qeyd edək ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Ukraynada sülh əldə ediləcəyi halda Trampın 9 May Qələbə paradına Moskvaya gələ biləcəyini demişdi.