

21 Fevral 22:41
21 Fevral 21:36
ABŞ-ın Kentukki ştatının Luivil şəhərində sürücülük vəsiqəsi verən idarənin qarşısında atışma olub.
Xalqcebhesi.az xəbər verir ki, hadisə zamanı 3 nəfər öldürülüb. Bir kişinin hadisə yerində, 2 qadının isə xəstəxanada həyatlarını itirdiyi deyilir.
Polisin məlumatına görə, atəş açan şəxs və ya şəxslər hadisə yerindən uzaqlaşıblar. Atışmanın kim tərəfindən törədildiyi və motivi hələlik məlum deyil.