Yavaşdan prezident namizədliyi ilə bağlı açıqlama Dünya

Yavaşdan prezident namizədliyi ilə bağlı açıqlama

Biz CHP-nin prezidentliyə namizədini müəyyən edəcək ilkin seçkilərə qarşı deyilik.

Xalqcebhesi.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Ankara Böyükşəhər Bələdiyyə sədri Mənsur Yavaş deyib.

“Biz ilkin seçkilərə qarşı deyilik. Burada problem partiyanın enerjisini sərf etməməsidir. Biz bunun ölkə gündəmini geri itələyəcəyini düşünürdük. Yenə də xeyirli-uğurlu olsun. Qaldı ki, ölkə prezidentliyinə namizədlik üçün ərizə verməyimə. Bunlardan danışmaq hələ tezdir. Biz bütün alternativləri müzakirə etmişik və onlar həmişə gündəmdə olacaq. Bizim öz başımıza namizəd olmaq və ya olmamaq kimi bir haqqımız yoxdur. Xalq nə istəyirsə elə də olacaq”, - M.Yavaş bildirib.

Qeyd edək ki, artıq Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ölkə prezidentliyinə namizədlik üçün ərizə yazıb.