Neçə israilli hələ də girovluqdadır? Dünya

Neçə israilli hələ də girovluqdadır?

İsrail indiyədək 192 girovu geri qaytarıb.

Xalqcebhesi.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Onlardan 147-si sağ qaytarılıb, 45-nin isə meyiti geri alınıb. HƏMAS hələ də 63 girovu saxlamaqdadır. İsrail hökuməti bütün girovlarımızı geri qaytarmaq üçün səylərini davam etdirir", - Netanyahu qeyd edib.