Moskvadan Kubaya uçan təyyarə təcili Peterburqa endi Dünya

Moskvadan Kubaya uçan təyyarə təcili Peterburqa endi

Moskvadan Kubaya uçan “Nordvind” aviaşirkətinə məxsus təyyarə texniki nasazlıq səbəbindən Sankt-Peterburqun Pulkovo hava limanında təcili eniş edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

“Fevralın 23-də Şeremetyevo-Kayo Koko reysini həyata keçirən təyyarədə texniki nasazlıq yarandığı üçün ekipaj alternativ Pulkovo hava limanında eniş etmək qərarına gəlib”, - məlumatda qeyd olunub.