Lars 7 gündür bağlıdır: 750 erməni yük maşını yolda qalıb Dünya

Lars 7 gündür bağlıdır: 750 erməni yük maşını yolda qalıb

Yuxarı Lars keçid məntəqəsində 743-yə yaxın erməni yük maşını növbə gözləyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Şimali Osetiya Yol Hərəkətinin Təşkili Mərkəzi məlumat yayıb.

Ümumilikdə növbədə 2746 yük avtomobili var.

Fevralın 17-nə keçən gecədən Gürcüstanda pisləşən hava şəraiti ilə əlaqədar Lars yolu bağlanıb.

Qeyd edək ki, Yuxarı Lars yolu Ermənistanı Gürcüstan ərazisindən Rusiya ilə birləşdirən yeganə quru yoludur.