Daha bir həmyerlimiz Ukraynada öldürüldü Dünya

Daha bir həmyerlimiz Ukraynada öldürüldü

Daha bir həmyerlimiz Rusiya-Ukrayna müharibəsində həlak olub.

Xalqcebhesi.az Teleqraf.az-a istinadla xəbər verir ki, Rusiya-Ukrayna müharibəsində ölən şəxs Cəlilabad şəhər sakini, 1977-ci il təvəllüdlü Azər Maarif oğlu Cəlilovdur.

Məlumata əsasən, A.Cəlilov gərgin döyüşlərin getdiyi Donetsk istiqamətində həlak olub. O, son 10 ildə Rusiyada yaşayırdı və Moskvada fəhlə kimi çalışırdı. İki övlad atası olan Cəlilovun cənazəsi artıq doğulduğu Cəlilabad şəhərinə gətirilərək dəfn olunub.