İsrail qırıcıları Hizbullah bazalarını darmadağın etdi Dünya

İsrail qırıcıları Hizbullah bazalarını darmadağın etdi

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın şərq, şimal və cənubunda yerüstü hədəflərə zərbələr endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Əl-Nəsra” nəşri məlumat yayıb.

Bildirilib ki, qırıcılar Suriya ilə həmsərhəd Hermel bölgəsində Hizbullahın yeraltı sığınacaqları və anbarlarına raket zərbələri endirib.

Bundan başqa, Barişa, Janta və Maarubda Hizbullahın bazaları vurulub.