İraq və Suriyada 8 PKK/YPG terrorçusu məhv edilib Dünya

İraq və Suriyada 8 PKK/YPG terrorçusu məhv edilib

İraqın şimalındakı "Pençe-Kilit" əməliyyat bölgəsində 2, Suriyanın şimalında isə 6 PKK/YPG terrorçusu məhv edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin sosial media hesabından yayımlanan məlumatda qeyd edilib:

"Terrorçular demək olar ki, bizim hədəfimizdir. Qəhrəman Türk Silahlı Qüvvələrimiz, İraqın şimalındakı Pençe-Kilit əməliyyat bölgəsində aşkar edilən 2 PKK terrorçusunu və Suriyanın şimalında müəyyən edilmiş 6 PKK/YPG terrorçusunu neytrallaşdırdı. Terroru mənbəyində aradan qaldırmaq üçün gözlənilməz, qeyri-adi, sürətli və davamlı əməliyyatlara davam edəcəyik."