Şolts seçkiləri ağır şəkildə uduzdu, rəqibini təbrik etdi Dünya

Şolts seçkiləri ağır şəkildə uduzdu, rəqibini təbrik etdi

Almaniya kansleri Olaf Şolts Almaniya Sosial Demokrat Partiyasının (SPD) seçkilərdəki məğlubiyyətinə görə məsuliyyəti öz üzərinə götürüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Şolts öz çıxışında bildirib.

“Bu, partiya üçün acı nəticədir, seçkilərdə itkidir”, - o bildirib.

Şolts mühafizəkar Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) blokunun lideri Fridrix Merzi qələbə münasibətilə təbrik edib.

Qeyd edək ki, bu gün Almaniyada parlament seçkiləri keçirilib. Ekzit-pollun nəticələrinə görə, növbədənkənar parlament seçkilərində mühafizəkar CDU/CSU Merz bloku 29 faiz səslə qalib gəlib.

İkinci yeri rekord - 20 faizlə sağçı Almaniya üçün Alternativ Partiyası, üçüncü yeri isə 16,5 faizlə ən pis “tarixi nəticə” göstərən Şoltsun rəhbərlik etdiyi SPD Partiyası tutub.