

Bu gün BMT Təhlükəsizlik Şurası ABŞ-ın təklif etdiyi Ukrayna ilə bağlı bitərəf qətnamə layihəsini səsə qoyacaq.
Bu məlumatı TASS-a Çin Xalq Respublikasının BMT yanında daimi nümayəndəliyindən təsdiqləyiblər.
Səsvermə saat 15:00-da (Moskva vaxtı ilə 23:00) keçiriləcək”, - daimi nümayəndəlikdən bildiriblər.
Birləşmiş Ştatlar ilk dəfə olaraq BMT Baş Assambleyasının Ukrayna ilə bağlı anti-Rusiya qətnamə layihəsinin həmmüəllifi olmaqdan imtina edib və onların təklif etdikləri sənəddə münaqişənin başlanğıcında Rusiyaya qarşı ittihamlar yoxdur.
Mətndə həmçinin “Rusiya-Ukrayna münaqişəsi”ndə faciəli insan itkisi ilə bağlı kədər ifadə olunur və onun tezliklə başa çatması tələb olunur. Əvvəlcə Kiyev və Qərb ölkələrinin BMT Baş Assambleyasında qətnamə layihəsini hər il fevralın sonunda səsverməyə çıxaracağı gözlənilirdi. İndi cədvələ Amerika qətnamə layihəsinə səsvermə daxildir.
Cavid