

Avstraliya Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı yeni sanksiyalar paketi təqdim edir.
APA xəbər verir ki, müvafiq bəyanatla ölkənin xarici işlər naziri Penni Vonq çıxış edib.
"Avstraliya hökuməti 70 Rusiya vətəndaşına sanksiya və 79 Rusiya şirkətinə maliyyə məhdudiyyətləri tətbiq edib" - deyən Vonq, yeni sanksiyalar paketinin Avstraliyanın 2022-ci ilin fevralından bəri tətbiq etdiyi ən əhəmiyyətli paket olduğunu qeyd edib.